Bahar Muradova: "Azərbaycan çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib"

"Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir". Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova Bakıda “Avronest” PA tərəfindən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Dayanıqlı inkişafla bağlı vacib mövzunun müzakirəsi üçün Azərbaycanı seçdiklərinə görə tədir təşkilatçılarına təşəkkürünü bildirən B.Muradova bildirib ki, bu sahədə niyyətlər siyasətlər əhəmiyyət kəsb etdiyi kimi, burada təcrübənin də əhəmiyyəti az deyil: “Bu baxımdan düşünürəm ki, təcrübələrin bölüşüdürülməsi, dayanıqlı inkişafın daha yüksək səviyyədə olmasına mane olan problemlərin araşdırılması və həlli yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq”.

Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu deyən Milli Məclisin sədr müavini hesab edir ki, Şərq Tərəfaşlığı üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq problemlərin həllinə öz töhfəsini verəcək: “Azəraycanda bu istiqamətdə layihələr həyata keçirilir. Bu səviyyədə olan sağlam əməkdaşlıq, məqsədlərimizin həyata keçirilməsində əsas yaradıb. Düşünürəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi sizin üçün də maraqlı olacaq. Azərbaycan neft ölkəsidir, burada təbii resurslar var. Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq bu sahədə bir sıra proqramlar həyata keçirilib və hazırda da konkret nəticələrə malikik. Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Belə ki, qadın, sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir. Bu baxımdan hesab edirəm ki, biz təcrübələrimizi bölüşdürə bilər və probləri həll edə bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə