"İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" TƏQDİMAT

Bu gün "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı-Cocuq Mərcanlı" filminin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının və Nazirlər Kabinetnin məsul şəxsləri, Milli Məclisin deputatları, nazirlik, komitə, şirkət, digər mərkəzi təşkilatların rəhbər şəxsləri, Azərbaycanda akretasiya olunmuş diplomatik korpus rəhbərləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinin başçıları, Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmiş tikinti şirkətlərinin rəhbərləri, məcburi köçkünlər, xarici ölkələrin və yerli KİV nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları öncə Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendə baxış keçiriblər. Tədbirdə çıxış edən baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, son 200 ildə ermənilər tərəfindən işğal olunan Azərbaycan torpaqları ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Horadiz əməliyyatı və prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə aprel ayında Lələtəpə əməliyyatı zamanı azad edilib.

Cocuq Mərcanlı kəndinin 1994-cü ildə cəmi 4 ay işğal altında qaldığını xatırladan Ə.Həsənov deyib ki, kəndə səfər edən xarici diplomatlar və media təmsilçiləri 4 ay ərzində ermənilərin hansı vandalizmi törətdiklərinin şahidi olublar: "Eyni zamanda Cocuq Mərcanlı ilə Böyük Qayıdış başlayıb. Azərbaycan prezidenti İlham Əliyev Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak edərkən bu kəndi 1994-cü ildən tərk etməmiş Oqtay Həziyevin ailəsi ilə görüşdü, dünyaya azərbaycanlıların torpaqlarına necə bağlı olduğu nümayiş etdirildi".

Tədbir davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə