“Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2017-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Maddi-texniki təminatın əsasları” mövzusunda seminar keçirilir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-texniki təminatın əsasları”, “Əməliyyatlarda maddi-texniki təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də müxtəlif məşğələlər təşkil edilir.
Sentyabrın 22-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə