“Biz neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik"

"ABŞ çox şaddır ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılmasında da Azərbaycanla əməkdaşlığı davam etdirir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

R.Sekuta deyib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: "Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlüəksizliyinə töhfə verib. Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindan tanınır və vurğulanır. Bu gerçəklik ABŞ prezildenti Donald Trampın 28 May Müstəqillik Günü münasibəti ilə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına ən xoş arzularını ifadə etdiyi və ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məmurlarından aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illlərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəql etməyə kömək edib, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirəktləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib. Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyir. ABŞ neft-qaz sektorunda əsas strateji layihələrdə Azərbaycxanın uzunmüddətli tərfdaşı olub. ABŞ bundan sonra da Azərbaycanın uzunmüddətli tərəfdaşı olacaq. Azərbaycanın neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində uzunmüddətli tərəfdaşı olub və bundan sonra da ABŞ Azərbaycanın uzunmüddətli tərəfdaşı olaraq qalacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə