Mahmud Vaezi: "Əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur"

"Son dörd ildə İran ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir." Bu fikri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi yerli mətbuata bildirib.

M.Vaezi deyib ki, hər iki ölkə xalqlarımızın maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməlidir. Əlaqələrin inkişafı üçün heç bir maneə yoxdur və bu fakt geniş imkanlar yaradır ki, İran-Azərbaycan münasibətləri daha da möhkəmlənsin.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə