Nuru Paşanın Bakıda abidəsi ucaldıla bilər

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral gələn il Qafqaz Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə əlaqədar Nuru Paşanın abidəsinin ucaldılması haqda səslənən fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən səfir qeyd edib ki, Bakıda belə bir abidənin ucaldılmasını hər bir türk istəyir: "Azərbaycandakı qardaşlarımız da belə təkliflə çıxış ediblər. Bu təklifin Azərbaycan tərəfindən səsləndirilməsi bizi sevindirir. Ümid edirik ki, təklif gələn il Bakının azad olunmasının 100 illik yubileyi ərəfəsində həyata keçər. İnanırıq ki, Bakının erməni və bolşeviklərdən azad edilməsinin yubileyi gələn il lazımi səviyyədə qeyd olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə