Erkan Özoral: "Hər kəs məsuliyyətini dərk etməlidir"

"Bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olaraq bu problemin diplomatik, müzakirələr, sülh yolu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini arzu edir”. SİA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyə ilə Azərbaycanın iki qardaş dövlət olduğunu deyən səfir bildirib ki, Türkiyə problemin qısa zamanda yurd-yuvalarından qaçqın və məcburi köçkün olan vətəndaşların öz torpaqlarına qayıdacağı şəkildə həll edilməsini istəyir: "Burada əsas məsələ problemin sülh yolu ilə həll edilməsidir. 2016-cı il də hər kəs aprel döyüşlərinin şahidi oldu və bu hadisə bizə Azərbaycanın ordusunun gücünü göstərdi. Belə olan halda, hər kəs bunu görməli, münaqişənin həll edilməsi üçün hər kəs məsuliyyətini dərk etməli, ağlını başına yığmalıdır”.

Müəllif: Nailə Məhərrəmova
loading...