“SDİ” rəhbəri Leyla Yunusun əri Arif Yunusla Avropa məhkəməsində Azərbaycan hakimiyyətinin iddiası əsasında TV France-2 telekanalının qərəzkar və böhtançı jurnalistlərinə qarşı qaldırdığı iddiası əsasında iştirakı, eləcə də ölkəmizin hüquqlarını müdafiə edən vəkilin qarşısında sualları cavablandırması yerinə hədə-qorxu gəlməsi özü-özlüyündə bütün reallıqları ortaya çıxarmış oldu. İlk növbədə, Avropa məhkəməsində Azərbaycanın haqlı mövqeyinin sübuta yetirilməsi nəinki bir sıra avropalı “demokratların”, eyni zamanda “siyasi mühacir” statusu alaraq erməni lobbisinə işləyən milli nökərlərin – Qənimət Zahidin, Aqil Xəlilin və sairlərin keflərinə əməllicə soğan dorğamış oldu.

İndi bunlar noyabr ayına qədər soğan iyi verə-verə Avropa siyasi kuluarlarında qapı-qapı daban döyəcəklər ki, bəlkə bu iy üzərlərindən keçib-gedə. Əslində, haqqın nazilib-üzülməməsi məsələsi son dövrlər qlobal təsdiqləri ilə sübuta yetirilməkdədir. Misal üçün, götürək siyasi dələduz, bir çox ölkələrdə “rəngli inqilablar” və insan ölümləri üzərində biznesini inkişaf etdirən milyarder Corc Sorosu. Hazırda Sorosun da “quyruğu” qapı arasında qalıb. ABŞ-ın rəsmi siyasi dairələri onu terrorçu elan etmək üçün petisiya hazırlayıb. Hətta hazırkı vaxta qədər onu terrorçu kimi 100 min nəfər tanıyıb belə! Kiminki hara qədər buna deyiblər əslində. Və maraqlısı da ondadır ki, Corc Soros bu vəziyyətə Britaniyanın “The Telegraph” qəzetinin Azərbaycan hakimiyyəti əleyhinə yazdığı məlum böhtançı məqaləsi ərəfəsində düşüb. Çünki Ağ Evin ona qarşı qaldırdığı iddiası ilə bu məsələ üst-üstə düşür. İndi gözünə döndüyüm Azərbaycan hakimiyyəti qayıdıb “The Telegraph”ı da verə məhkəməyə və TV France-2 telekanalının qərəzkar və böhtançı jurnalistləri kimi dirəyə dalana, nə olardı amma...

Ancaq bu olayların, yəni Azərbaycan dövlətinin sözügedən məsələlərdə bir çoxlarını yerində otuzdurması faktlarının qarşısında biz, qeybətcil arvadlartək ona-buna söz aparıb-gətirənlərin də hansı vəziyyətə düşdüklərinin şahidi oluruq. Elə götürək AXCP sədri Əli Kərimlini, Müsavat başqanı Arif Hacılını və s. Zaman-zaman erməni lobbisinin təlimatları əsasında gah Qərbə, gah Şərqə, gah da Şimala işləyən bu ünsürlərin yəqin ki, deməyə sözləri qalmayıb. Uzağı, Əli Kərimli dar macalda üzünü tutacaq erməni mediasına və orada ölkəmiz, dövlətimiz əleyhinə səslənən fikirləri özününküləşdirib “dostlar!” müraciəti ilə qoyacaq feysbuk səhifəsinə. Dalınca da özünün on-onbeş saxta profilləri və daha bir neçə zombi dəstəsi ilə döşəyəcək statusları. Adını da qoyacaq ki, “müxalifət lideri Azərbaycan hakimiyyətini belə asıb-kəsdi...”.

Qoy elə bu cür də davam etsinlər. Hətta əllərindən gələni beş qaba çəksinlər. Bununla güclü Azərbaycan dövlətinə heç nə olası deyil. Çünki Azərbaycan dövlətini bu cür sərsəmlərdən, hərdəmxəyallardan fərqli olaraq xalq dəstəkləyir. Nəinki, stadionlardakı “mitinqlərinə” 40-50 manatlıq muzd qarşılığında yığışan beş-on nəfər kimi...

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə