"Türkiyənin güvənə biləcəyi yeganə müttəfiqi Rusiyadır"

S-400 anlaşması Türkiyənin ABŞ və NATO-ya nisbətdə müstəqil siyasi kurs izləməsinə şərait yaradacaq. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Oleq Qlazunov deyib. O bildirib ki, Türkiyənin faktiki olaraq nə Avropada, nə də Yaxın Şərqdə müttəfiqi qalıb:

“Hazırda Türkiyənin güvənə biləcəyi yeganə müttəfiqi Rusiyadır. Bundan əlavə, Türkiyə xeyli müddətdir ki, havadan müdafiə sistemlərini gücləndirməyi düşünürdü. 2009-cü ildə bununla bağlı tender elan edilmişdi. İndi ən yaxşılarından birini seçdilər. S-400-lər Patriotdan daha avantajlıdır. Çox güman ki, Ərdoğan bu addımla amerikalıları bir az hirsləndirmək istəyir”.

Qeyd edək ki, S-400 zenit raket komplekslərinin satışı ilə bağlı Türkiyə ilə Rusiya arasında saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə