Ermənistan ordusunun iki zabiti ağır yaralanıb

Ermənistan ordusunun iki zabiti ağır yaralanıb. AZƏRTAC Ermənistan sosial şəbəkə istifadəçilərinə və mətbuatına istinadən xəbər verir ki, Ağdərə rayonunda xəndək qazan bir qrup hərbi qulluqçuya başçılıq edən bir kapitan və bir polkovnik–leytenant ağır yaralanıb. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib. Əldə edilən məlumata əsasən, zabitlərdən biri Arsen Hovakimyandır.

Hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin guya atəşkəs rejiminin pozulması nəticəsində baş verdiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə