Züqanov: “Azərbaycan hökuməti son illər çox işlər görüb"

"Azərbaycan daxili və beynəlxalq siyasətini qurmaq üçün ağıllı vasitələr tapıb." Axar.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” saytına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov söyləyib.

“Azərbaycan hökuməti son illər çox işlər görüb. Biz onlara uğurlar arzulayırıq. Gürcüstana gəlincə isə, Tiflis Rusiya ilə münasibətlərdə daha çox Vaşinqtonu fikirləşir. Vaşinqton onlardan 7 min kilometr uzaqdadır, Rusiya isə yanlarındadır. Hər kəs qonşuları ilə xoş münasibətlər qurmalıdır. Biz hər zaman Zaqafqaziya respublikalarına xoş münasibət bəsləmişik”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə