Siyasiləşmiş QHT-lər məsxərə obyektinə çevrilir

Təhmasib Novruzov: "Leyla Yunus, Arif Yunus və Xədicə İsmayıl kimilər xarici ağaların əlində oyuncaq olan fiqurlardandır"

Son günlər müxalifətin üz qarası hesab olunan siyasiləşmiş QHT təmsilçilərinin müxtəlif açıqlamalar, bəyanat və çağırışlarla çıxış etdikləri müşahidə olunur. Bu isə, bu ünsürlərin xaricdən növbəti təlimat aldıqılarını göstərir. Daha doğrusu, siyasiləşmiş QHT-lərin əsas simalarından olan "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunus xarici fondlardan aldığı tapşırıq əsasında yerli QHT-lərə növbəti layihə təqdim edib. Məhz bu layihə çərçivəsində hay-küy salan İntiqam Əliyev, Xədicə İsmayıl və digərləri bununla diqqət mərkəzinə çevrilməyə çalışırlar. Bunu SİA-ya açıqlamasında "Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov deyib.

T.Novruzov bildirib ki, dağıdıcı müxalifət və siyasiləşmiş QHT-lərin fəallaşması növbəti il keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə əlaqədardır: "Azərbaycanda hər dəfə seçkilər keçiriləndə müxalifət dediyimiz, əslində isə, xarici ağalarının diktəsi ilə hərəkət edən qüvvələr fəallaşır. Leyla Yunus və Arif Yunus və Xədicə İsmayıl kimilər xarici ağaların əlində oyuncaq olan fiqurlardandır. Demək olar ki, Azərbaycanın dövlətinin inkişafına, stabilliyinə və beynəlxalq aləmdə artan nüfuzuna və bu günə qədər əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan xarici qüvvələr QHT-lər vasitəsi ilə müxalifətə külli miqdarda maliyyə yardımları ayırırlar. Yəni həmin xarici qüvvələr müxalif qüvvələri maliyyələşdirərək, onlardan bir alət kimi istifadə etməyə çalışır. Həmin xarici qüvvələr nə qədər müxalifətdən öz çirkin maraqlarının həyata keçməsi üçün istifadə etsələr də, yenə də heç vaxt ölkəmizlə bağlı öz məkrli istəklərinə çatmayacaqdır. Çünki onlar cəmiyyət tərəfindən qəbul edilmirlər".

T.Novruzov bildirib ki, AXCP sədri Ə.Kərimlidən əqidə dostlarının üz döndərməsinin başlıca səbəbi inamsızlıqdır: "AXCP sədri Əli Kərimlinin mühafizəsinin rəisi və partiyanın ali məclisinin üzvü Kərim Mehdiyev Əli Kərimlinin ifşa edən növbəti açıqlama ilə çıxış edib. Onu dələduzluqda, fırıldaqçılıqda və oğurluqda günahlandırıb. Əqidə dostlarının Ə.Kərimlidən üz döndərməsinin səbəbi nədir" sualına cavab olaraq. Ümumiyyətlə, xoş sözlərlə, şirin-şirin vədlərlə, gözəl ibarəli çıxışlarla, nitqlərlə bəzən insanları müəyyən dövrə və müddətə ələ almaq və onlarda müəyyən inam yaratmaq mümkündür. Lakin heç bir fakta, heç bir konkret fəaliyyətə əsaslanmayan bu cür çıxışlar gec-tez ifşa olunur və hər kəs də bunu görür. Demək olar ki, artıq Ə.Kərimlinin iç üzü, bütövlükdə cəmiyyət üçün, o cümlədən, özünün silahdaşları və partiyadaşları üçün də açılıb. Artıq Ə.Kərimlinin iç üz qalmayıb və kimliyi də hər kəsə məlumdur. Bir sözlə, maska elə bir şeydir ki, o, daimi taxılıb qala bilməz. İstər-istəməz hansısa bir məqamda maskanın bir tərəfi yırtılır və o yırtılan tərəfdən də həqiqətin iç üzünü görürsən. Demək olar ki, 1990-cı illərdən bu yana Ə.Kərimli müxtəlif QHT-lər yaradaraq, bu xətlə xarici havadarlarından milyonlarla maliyyə vəsaiti əldə edib. Ancaq əldə etdiyi həmin maliyyə vəsaitindən heç birindən həmin QHT-lərə verməyib, ancaq özünə xərcləyib".

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə