Türkiyə Avrasiya İqtisadi Birliyinə üzv olur? Ermənistan şokda

İrəvan yeni iddia ilə çalxalanır. Söhbət Ankaranın Avrasiya İqtisadi Birliyinə üzv olması xəbərindən sonra işğalçı ölkədə yaranmış narahatlıqdan gedir. Ermənistan mətbuatında yer alan xəbərlərə görə, Rusiya Türkiyənin bu qurumda olmasını çox istəyir və tərəflər arasında aparılan danışıqlarda ilkin razılıq əldə olunub.

Vəziyyət o həddə çatıb ki, məsələyə işğalçı ölkənin xarici işlər nazirinin müavini Şavarş Köçəryan da münasibət bildirib. Bədheybət Köçəryan Türkiyənin Avrasiya İqtisadi Birliyinə mümkün üzvülüyünün ölkəsi tərəfindən qəbul edilmədiyini deyib. Səbəb Türkiyənin Ermənistanı blokada vəziyyətində saxlamasıdır. Hər bir halda bu xəbər İrəvanda əsl şok effekti yaradıb. Bəs gedən siyasi prosseslər nəyi göstərir? Reallıq ondan ibarətdir ki, Ankara ilə Moskva son 20 il ərzində indiki kimi yaxın olmamışdı. Hər iki ölkə bir çox məsələlərdə ortaq məxrəcə gələ bilib, hətta Suriya münaqişəsində Çankaya ilə Kreml arasında fikir ayrılıqları nəzərə çarpacaq dərəcədə yaxınlaşıb. Səfir Andrey Karlovun öldürülməsi belə iki dövlət arasında münasibətlərin inkişafına kölgə salmadı. Əskinə Moskva Ankara ilə əlaqələri kifayyət qədər genişləndirərək müttəffiqlik münasibətlərini silah ticarətinə kimi apara bilib.

Bəs Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzvülüyü bölgədəki siyasi prosseslərə necə təsir edəcək? Bu sualın cavabı çoxşaxəli olsada ümimiləşdirimiş formada deyə bilərik ki, regionda siyasi dəngələr kifayyət qədər dəyişə bilər. Türkiyə bölgədə hegamon dövətərdən biridir və Ankaranın NATO-dan uzaqlaşıb Gömrük İttifaqına qoşulması sözügedən siyasi təşkilatın nüfuzuna böyük təsir göstərəcək. Kreml məhz bu amili nəzərə alır. Türkiyənin yeni təşkilatda fəaliyyəti Azərbaycan üçün də proritet əhəmiyyət daşıyır. Düzdür Avrasiya İqtisadi Biriyində Bakının maraqrlarını müdafiə edəcək müttəffiqəri var. Türkiyənin olması isə daha unikal imkanlar deməkdir. Ermənistanın narahatlığı başa düşüləndir. Lakin işğalçının tutduğu mövqe istənilən halda prosseslərin axınına maneyə yarada bilməz. Moskva öz xarici siyasətində heç zaman İrəvanla hesablaşmayıb, "for-post"u olan ölkənin siyasi dairələrindəki fikirlər Kreml üçün əhəmiyyət daşımayıb.

Qısası Sarkisyan rejiminin hay-küyü heç nəyi dəyişəsi güc də deyil. Hələlik Türkiyənin Avrasiya İqtisadi Biriyinə üzvülüyü məsələsi iddia olaraq qalır. İstər Moskva istərsədə Ankaranın rəsmiləri tərəfindən konkret fikir bidirilməyib. Buna baxmayaraq Rusiya Türkiyə münasibəltərinin yeni mərhələsi regionda mühüm güc amilinin formalaşmasına təkan verə bilər.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə