Samuxda binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb SƏRƏNCAM

Prezident İlham Əliyev Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə pul ayırıb. SİA-nın xəbərinə görə, qeyd olunanlar üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu vəsaitin 2 milyonu 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri, 1 milyonu isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə