Zakir Qaralov vətəndaşların qəbulunu keçirəcək

Baş prokuror Zakir Qaralov avqustun 25-də saat 10.00-da Qax Rayon Prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə