Mehman Əliyevin “kişiliyi” yaxud siyasi düşüklüyü SİYASİ RAKURS

“Turan” informasiya agentliyinin yoxlanılması kimləri və niyə narahat edir?

Vergi Nazirliyinin “Turan” informasiya agentliyini yoxlaması, eləcə də adıçəkilən agentliyin dövlətə borclu olduğu 37 min manatı ödəməsi yerinə aşkar həyasızlıq nümayiş etdirməklə nazirliyi məhkəməyə verməsi bir daha sübut edir ki, bu agentliyin rəhbərliyi, daha dəqiqi, Mehman Əliyevin məqsədli addımları xidmət etdiyi xarici dairələrin sifarişi kimi qiymətləndirilə bilər. Çünki fakt budur ki, istənilən sivil ölkədə fəaliyyət göstərən istənilən qurum mütləq şəkildə vergi ödəməli, bununla dövlətin, xalqın mənafeyinə xidmət göstərməlidir.

Anti-milli “Milli Şura”da təmsil olunan M.Əliyevin bənzər addımlar atmasından təəccüblənməyə dəyməz

Onu da qeyd edək ki, yarandığı vaxtdan Qərbin və erməni lobbisinin xeyrinə işləyən, daim dövlətçilik əleyhinə çıxışları ilə yadda qalan, xəyanətkar və satqınların yığnağı olaraq qiymətləndirilən anti-milli “Milli Şura”da təmsil olunan M.Əliyevin bənzər addımlar atmasından təəccüblənməyə dəyməz. Belə ki, onun və “lider” hesab etdiyi kəslərin xislətləri xəyanət xəmiri ilə yoğrulub.
Digər tərəfdən, vergi yoxlamalarını və nəticələrini süni şəkildə şişirdərək qanuna müvafiq şəkildə atılmış bu addımı xaricdəki havadarlarına - “söz və ifadə azadlığı” istiqamətində fəaliyyət göstərən şantajçı təşkilatlara çatdırmaqdan ötrü necə deyərlər, “tumanını başına çəkən” M.Əliyevin müdafiəsinə qalxan müxalifət qurumları dərhal əsassız bəyanatlar verərək, bu məsələdə şəxsi mənfəətlərini güdməyə başlayıblar. Misal üçün, Müsavat partiyası, AXCP, “Milli Şura” və s.qaragüruhçi siyasi təşkilatların M.Əliyevin “müdafiəçisi” qismində çıxış etmələri də bu xüsusdandır. Və onun “təmiz”, “pak”, yaxud da “vicdanlı” şəxs olaraq təqdim edilməsi ümumiyyətlə, heç bir məntiqə söykənməyən bir haldır.

Dövlətin vergisini ödəməməkdən ötrü min-bir hoqqabazlıq göstərən, cilddən-cildə girən, Mehman Əliyevin həqiqi “siması” ya da simasızlığı

Baxın, M.Əliyev bir tərəfdən “haqqın”, “ədalətin” çarçısı kimi qiymətləndirilir, hətta az qala “mələk” kimi qiymətləndirilir, ancaq reallıqlar tamamilə əks istiqaməti göstərir. Bunun üçün isə uzağa getməyə ehtiyac yoxdur. Daha doğrusu, faktlara müraciət edərək, dövlətin vergisini ödəməməkdən ötrü min-bir hoqqabazlıq göstərən, cilddən-cildə girən M.Əliyevin həqiqi “simasını” yəni simasızlığını ortaya qoya bilərik. Məsələn, hələ 2015-ci ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində geninə-boluna danışan M.Əliyev “kişilikdən” dəm vurub, deyib ki, siyasi səhnədən getsə belə “kişi kimi” gedəcəkmiş və s.
Ancaq gəlin-görək, M.Əliyev həqiqətən də kişiliyə xas olan xarizmaya malik biridirmi?

Hüquq müdafiəçisi Sahib Məmmədov: “Otağımda gəzib mənə yalvarırdı ki...”

Məsələn, hüquq müdafiəçisi Sahib Məmmədovun 2015-ci ildə ölkə saytlarının birinə M.Əliyev barədə verdiyi açıqlamasında qarşı tərəfin heç də sözünə sadiq qalan, kişi xüsusiyyətinə malik olan tələblərə cavab verən insan olmadığını dilə gətirib. Linki də təqdim etməklə, M.Əliyev barədə fikirləri diqqətinizə çatdırırıq.
(http://az.azvision.az/%60Mehman_Eliyev_mene_yalvarirdi...%60_-71924-xeber.html)
SİTAT: “Bu o adamdır ki, vaxtıilə mən Prezident Aparatında (indiki Prezident Administrasiyası-R.R.) şöbə müdiri işləyəndə qəbul otağımda gəzirdi. Şəxsi firma təsis eləmişdi və guya Sumqayıtla bağlı film çəkəcəkdi. Mənə yalvarıb inandırmışdı ki, film çox vacibdir. Mən də Sumqayıt və daha 3 rayon icra hakimiyyəti başçılarına həmin hesablara müəssələrdən pul köçürülməsini tapşırmışdım. Külli miqdarda pul toplanmışdı. İyun hadisələri baş verdi və bu şəxs həmin pulla indiki "...turan" agentliyini yaratdı, o dövr üçün müasir avadanlıqlar aldı.”
Beləliklə, M.Əliyev əgər həqiqətən də özünü təqdim etdiyi xüsusiyyətlərə malik olsaydı, heç nəyə baxmayaraq vədinə əməl edərdi, daha baş verən hadisələri bəhanə edib, sonradan əldə etdiyi pul-paranı şəxsi biznesinə çevirməzdi.

Əldə etdikləri rüşvət deyildisə, bəs nə idi, bəlkə Ermənistanın istehsal etdiyi “Anuş” konfetlərinin kağızı?

Daha bir fakta diqqət yetirək. 2013-cü ilin prezident seçkiləri ərəfəsində “Milli Şura”nın Cəmil Həsənlidən öncəki sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması, beləliklə də Azərbaycana gəlib prezident seçkilərində “vahid namizəd” kimi iştirak etməsi üçün Rusiyanın prezidentinə məktub yazan, daha çox isə yalvarıb-yaxaran M.Əliyev sübut edib ki, o, təkcə rusun deyil, erməninin də qarşısında diz çökməyə hazır olduğunu gizlətmir. Çünki “Milli Şura”nın yaradılmasının arxasında Rusiyanın qaranlıq dairələrinin dayanması sübuta yetirilmiışdi, həmin dairələri maliyyələşdirənlər arxasında ermənilərin də olması isbatlanmışdı.
Gəlin, sonda belə bir nəticə çıxaraq: M.Əliyev öz ifadələrində nə qədər səmimi görünə bilər? O, həqiqətənmi özüü “kişi” hesab edir? Bu sualların cavabı qalır insaf və vicdan seçiminə...

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, Mehman Əliyev ağzına çullu dovşan yerləşməyən ifadələri ilə iddia etmişldi ki, jurnalistlərə 1-ci binadan mənzillərin verilməsi təşəbbüsü irəli sürülərkən, mənzil verilməsi üçün ona əməkdaşların siyahısını verilməsi təklif edilmişdi. Amma o, bundan imtina edərək, səmimi təklifi “jurnalistin rüşvət almasının başqa bir forması” (?!-R.R.) olaraq qiymətləndirmişdi. Yaxşı, bəs onda xarici təşkilatlardan qeyri-qanuni yollarla aldığı pul-paralar, yaxud da hüquq müdafiəçisi S.Məmmədovu aldadaraq özünə biznes qurmasında istifadə etdiyi maddi vəsaitlər rüşvət deyildisə bəs nə idi? Bəlkə Ermənistanın istehsal etdiyi “Anuş” konfetlərinin kağızı?

Bütün xəbərlər Facebook səhifəmizdə