“Azərbaycan mədəniyyət gecəsi” təşkil olunacaq

13-18 avqust 2017-ci il tarixlərdə Bakıda Dünya Skaut Konfransı keçirilir. Konfransda 161 ölkədən 1500-ə yaxın skaut iştirak edir.

Konfrans dünyanın ən böyük gənclər platforması olan Dünya Skaut Hərəkatı Təşkilatının Baş Assmableyası hesab olunur. Təşkilatda ölkəmizi 1997-ci ildən devizi “Heydər Əliyev yolu ilə daim irəli” olan Azərbaycan Skautlar Assosiasiyası təmsil edir.

Dünya Skaut Konfransına ev sahibliyi etmək üçün 2013-cü ildə Azərbaycanın namizədliyi irəli sürülmüşdür. Beynəlxalq səviyyədə aprılmış təbliğat və lobbiçilik işinin nəticəsi olaraq, 14 avqust 2014-cü il tarixdə 40-cı Dünya Skaut Konfransında səsvermə zamanı Azərbaycan ən cox səs toplamış (555 səs) və qalib ölkə elan olunmuşdur. Beləliklə, Skaut Hərəkatının ali toplantısı Avrasiya regonunda, MDB və Türk dilli ölkələr arasında ilk dəfə, müsəlman ölkələri sırasında isə ikinci dəfə Azərbaycanda keçiriləcəkdir (2005-ci ildə toplantılar Tunisdə keçirilmişdir).

Konfrans Azərbaycanın gənclər siyasəti tarixində iştirakçıların sayına görə ən geniş miqyaslı beynəlxalq tədbirdir.

Konfrans çərçivəsində 16 avqust saat 19.00-da “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində “Azərbaycan mədəniyyət gecəsi” təşkil olunacaq.

Tədəbirdə Azərbaycanın milli mətbəxi, xalq sənətkarlıq nümunələri və musiqisi təqdim ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə