“Ermənilərin hədə-qorxusu əsassızdır" AÇIQLAMA

“Ermənistanın maliyyə naziri Vardan Aramyan 2018-2020-ci illərdə müdafiə xərclərinin ÜDM-in 3.71%-indən artaraq 4%-i aşacağını bildirdi. Hökumətini 2018-2020 ci il proqramında təhsilə ayrılan vəsait 2.18% dən 1.85% -ə dək azaldılır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirlyi 2 qoruq meşədə başlanmış kiçik miqyaslı yanğını söndürə bilmir: “Görünür, çoxsaylı təlimləri təyinatı üzrə deyilmiş. Dağlıq Qarabağda iyul ayı ərzində müxtəlif adlarda 6 hərbi təlim, 1 hərbi müşavirə və Ermənistan Müdafiə Nazirinin iştirakı ilə bir hərbi toplantı keçirilib. Alxanlı hərbi-siyasi aksiyası da bu dövr ərzində baş verdi. Cəmi bir dəfə diplomatik görüş (Xİ nazirlərinin Brüssel) baş tutdu. Ermənistan Xİ nazirlərinin görüşünün baş tutmaması üçün əlindən gələn hər şeyi etdi. Vasitəçilərin qətiyyəti görüşün baş tutmasının əsas səbəbi idi. Prezident S.Sərkisyanın Tavuş rayonunda hərbi hissələrə baş çəkməsini prezidentin və digər erməni rəsmilərinin Azərbaycanın müdafiə naziri Z.Həsənova cavab olaraq “İsgəndər” OTRK-nı aktuallaşdırmaları və Ermənistan fövqəladə hallar nazirliyinin ay ərzində keçirdiyi çoxsaylı tədbirləri də nəzərə alsaq Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın diplomatik yoldan imtina edib hərbi yola üz tutduğunun sübutunu əldə etmiş olarıq.

Ermənistanın ümumi inkişaf istiqaməti bəllidir.

Yüksəkçinli erməni hərbçilərinin belə davranışını müşahidə edərkən və bəyanatlarını oxuyarkən bir aspekt xüsusi diqqəti çəkir. İndiki zamanda heç bir problemin olmadığını, Azərbaycan hücum edəcəyi təqdirdə daha böyük itki ilə üzləşəcəyini bildirən bu hərbçilər aprel döyüşlərinədək öz ordularında çatışmazlığın olduğunu etiraf edirlər. Diqqət çəkən məqam orasındadır ki, bu rəhbərlər aprel döyüşlərinədək eyni ilə bu qaydada xoruzlanırdılar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə