Rusiyanın FHN-nin gecikdirdiyi xahiş ANALİTİK

Ermənilər Xosrov qoruğunda baş vermiş meşə yanğınını da siyasiləşdirdilər

Ermənistanın dağlıq ərazilərində yerləşən Xosrov qoruğunda baş qaldırmış meşə yanğınları böyük ərazini əhatə etməklə yanaşı, ölkənin fövqəladə hallar nazirliyi təbii fəlakətin öhdəsindən gəlmək üçün yenidən Rusiyadan yardım umublar. Daha dəqiq desək, son dövrlər Rusiyaya qarşı bəlli məsələlərə görə çıxış edən Ermənistan rəhbərliyi və müxalifəti yenə də bu ölkə qarşısında diz çökmək məcburiyyətində qalıblar. Özü də bir yanğınsöndürən təyyarəyə - İL 76-ya görə...

Əsl erməni həyasızlığı: “Əgər bu təyyarə vasitəsi ilə Xosrov qoruğunda baş qaldırmış, Ermənistanın təbiət aləminə ciddi zərər vurmuş yanğın söndürülərsə, yalnız təəssüf etmək qalır...”

SİA xəbər verir ki, “armtimes.com” saytı bununla bağlı ilginc materialla çıxış edib və saytın araşdırmaçı jurnalisti Anna Akopyanın yazısından da bəlli olub ki, avqustun 14-də Sarkisyanın rezidensiyası tərəfindən yayılan məlumata görə, Rusiyadan İL-76 yanğınsöndürə təyyarəsinin Xosrov qoruğunda baş verən meşə yanğınında istifadə etmək üçün ilk təşəbbüslə məhz Serj Sarkisyan çıxış edib. Belə ki, ermənilərin fövqəladə hallar naziri David Tonyan Sarkisyana vəziyyət barədə məruzə edərkən, vəziyyətin kritik olduğunu deyib və bunun üçün Rusiyadan yardıma ehtiyacın olduğunu bildirib.

“Demək, belə hesab etmək olar ki, erməni tərəfi bir neçə gün əvvəl Rusiyadan bu xahişi edib, lakin təyyarə yalnız dünən (avqustun 14-də-red.) gəlib”-deyə yazan erməni jurnalisti əlavə edib ki, təyyarənin gec gəlməsi Ermənistanın təbiət aləminə ciddi ziyan vurub: “Əgər bu təyyarə vasitəsi ilə Xosrov qoruğunda baş qaldırmış, Ermənistanın təbiət aləminə ciddi zərər vurmuş yanğın söndürülərsə, yalnız təəssüf etməyə qalır ki, Ermənistan respublikasının strateji tərəfdaşı bu ölkənin fövqəladə hallar nazirliyinin xahişinə operativ şəkildə reaksiya verməyib və yanğın baş qaldırdıqdan dərhal sonra onu hadisə yerinə göndərməyib. Əgər hər şey vaxtında olsaydı, ziyanın əhatə dairəsi daha az olardı”.

Göründüyü kimi, ermənilər hətta təbii fəlakət nəticəsində baş qaldırmış olayı həyasızcasına siyasiləşdirməklə uzun illər onları istər siyasi, istərsə də digər baxımdan ayaqda saxlayan Rusiyaya qarşı minnət qoymaqla məşğuldurlar. Çünki ortada bir sıra məsələlər də var ki, erməni siyasi dairələri onlardan maksimum yararlanmağa cəhdlər göstərir.

Ermənilər yağış proqnozunun doğrulmayacağı təqdirdə Allahı da günahkar çıxarmağa cəhd edə bilərlər

Əlbəttə, bu məsələlərdən biri Rusiyanın Azərbaycana ən müsair texnologiyalara əsaslanan silahlar satması, eyni zamanda, enerji və nəqliyyat layihələrində Azərbaycanın mövqeyinə davamlı dəstək verməsidir. Söz yox ki, bu faktorlar Ermənistanın pəjmürdə olmasına və bu ölkənin siyasi dairələrinin qəmgin vəziyyətə düşmələrinə hələ çox səbəb olacaq. Ancaq gülünc və istehza doğuran məqam budur ki, “məzlum ermənilər” təbii fəlakətdən doğan yanğını da siyasiləşdirməklə öz daxili simalarını açıb-ortaya qoymaqla məşğulldurlar. Yəqin sözügedən məqaləni hazırlayan araşdırmaçı jurnalisti Anna Akopyan ona görə həmin məqaləsinin sonunda barmaq yeri qoyaraq, Rusiya FHN-nə məxsus İL-76 yanğınsöndürən təyyarəsinin Xosrov qoruğunda baş qaldırmış meşə yanğınını söndürə blməyəcəyi ehtimalına də işarə edib.

“Əgər kömək üçün gəlmiş təyyarə alovu söndürə bilməsə, bu zaman bu günə, sabaha proqnozlaşdırılan yağışa ümid qalır”-deyə yazan erməni jurnalisti bu da baş verməzsə, çox yəqin ki, Allahı da günahkar çıxarmağa cəhd edəcək...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə