Arzu Nağıyev: “Gənclərin Azərbaycanın inkişafını görməsi mühüm amil kimi qeyd olunmalıdır” AÇIQLAMA

“Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının beynəlxalq bir hərəkat olduğunu nəzərə alsaq, gənclərin Azərbaycandakı reallıqları, atılan iqtisadi reformaları, siyasi məsələləri, ümumiyyətlə isə Azərbaycanın hərtərəfli inkişafını görməsi mühüm amil kimi qeyd olunmalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın ən prioritet məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Dağlıq Qarabağ münaqişəsinin həqiqətən nədən ibarət olduğunu və işğalçının kim olduğunu birinci mənbədən görməsi özü də mühüm məsələdir. Ümumi götürdükdə gənclərə məhz Azərbaycan reallıqlarının aşılanması önəmli addımdır. Düşünürəm ki, təşkilatçılar da bu istiqamətdə çox mühüm addımlar atıb. Keçirilən görüşlərdən onların Azərbaycanın müxtəlif yerlərində olması, ölkəmizin reallıqlarını görməsi də düşünürəm ki, gələcəkdə Azərbaycan haqqında mühüm məlumatların dünyaya yayılmasında çox önəmli hadisə olacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə