İran hərbi gəmiləri Bakı Limanını tərk ediblər

Bu gün İranın hərbi gəmiləri Bakı limanını tərk edib. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "Dəniz kuboku - 2017" beynəlxalq yarışlarında iştirak etmək üçün iyulun 22-də Azərbaycana gələn İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Cövşən" və "Peykan" raket katerləri bu gün Bakı limanını tərk edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə