Ekspert: “Ermənistan iqtidarı terrorçulardan ibarət quruplaşmaların əlindədir” MÜNASİBƏT

“7 avqust tarixində Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur”.

Hadisəyə münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyadının sədri, internet-media ekspert Səbuhi Abbasov SİA-ya açıqlamasında deyib ki, Alxanlı faciəsindən sonra Ermənistan öz aqressiv və terrorçu simasını bir daha nümayiş etdirmiş oldu: “Hadisə baş verərkən balaca Ramin öz həyətlərində oynayırmış. Qəfil həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb. Hər iki faciə bir daha onu göstərir ki, erməni terrorçuları artıq açıq şəkildə fəaliyyətə keçiblər. Əslində bu günə qədər BMT kimi qurumun 4 qətnaməsini saymayan bir dövlətdən başqa nə gözləmək olar ki? Son statistikaya görə ermənilər arasında yoxsulluq pik həddə çatıb, demoqrafiq böhran başlayıb, ölkəni kriminal avtoritet rejim idarə edir. Sıravi erməni vətəndaşları bu reallığı çox gözəl dərk edirlər. Artıq onlar öz övladlarının Azərbaycan torpaqlarında qeyri-qanuni hərbi xidmət keçməsinə dəfələrlə etiraz ediblər. Ermənistan ordusunda intiharlar və kriminal hadisələr günü-gündən çoxalır. Belə bir məqamda hər zaman olduğu kimi Sarkisyan rejimi öz çirkin, terrorçu xislətini biruzə verir. Mülki əhali, xüsusən də azyaşlı yerlilərimiz hədəf seçilərək qətlə yetirilirlər. Bu və bu kimi faktlar bizə imkan verir ki, Xocalı soyqırımını dünyada tanıdaq. Bütün dünya bilməlidir ki, hazırki Ermənistan iqtidarı terrorçulardan ibarət quruplaşmaların əlindədir. Bu tək Azərbaycan, tək bölgə üçün deyil, bütün dünya təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə