Qaradağ rayonunda “Beynəlxalq gənclər günü” qeyd edildi

Tədbir YAP rayon təşkilatının Gənclər birliyi və Gənclər idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilib

11 avqust 2017-ci il tarixdə Sahil qəsəbəsində yerləşən Gənclər Evində “12 avqust - Beynəlxalq gəncləri günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq miqyasda” dəıyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd edib. Dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulanıb.

Qeyd olunub ki, 1998-ci ilin 08-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü olmuş və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilmiş, görüşün yekun iclasın keşirildiyi gün, yəni 12 avqust “Beynəlxalq gənclər günü” kimi dünya gənclərinin həyatına daxil olmuşdur.

Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov, fəal gənc Könül Əhmədova, Cavanşir Eyvazov, Vüsal Yusifov onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə olkə Başçısı İlham Əliyevə minnərdar olduqlarını söyləyiblər. Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva rayon gənclərini “Beynəlxalq gəncləri günü” münasibətilə təbrik edərək onları ictimai-siyasi həyatda daha fəal iştirak etməyə səsləyib. Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış gözəl şəraitdən, o cümlədən Qaradağ rayonunda gənclərin istifadəsinə verilmiş Qaradağ Gənclər Evindən danışılıb və gənclər adından rayon rəhbərliyinə təşəkkür edilib.

Tədbirin sonunda Beynəlxalq Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə