Politoloq: “Azərbaycan ərazilərimizin bərpa olunması üçün döyüşə başlayacaq”

“Ermənistan tərəfi bütün danışıqlar prosesində hər cür yola əl atır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olmasına əngəl yaratsın”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin bu hiyləgər siyasətini həm erməni xalqı, həm də dünya birliyi çox gözəl bilir və təəssüflər olsun ki, istər beynəlxalq güclər, istərsə də beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətinə hələ də göz yummaqda davam edir: “Ancaq bir daha qeyd etməliyik ki, Azərbaycan dövlətinin və xalqının da səbri bir həddə qədərdir və danışıqlar bu cür davam edəcəyi təqdirdə Azərbaycan ordusu işğal olunmuş ərazilərimizin bərpa olunması üçün döyüşə başlayacaq. Əminliklə deyə bilərik ki, bu dəfə daha böyük zərbə alacaq erməni ordusu əraziləri tərk etməyə macal belə tapmayacaqlar. Ona görə yaxşı olardı ki, Ermənistan tərəfi sabotajlığa son qoysun və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə