Elçin Mirzəbəyli: “Həmin şəxslərlə hüquq müstəvisində mübarizə aparmaq lazımdır" AÇIQLAMA

"Əslində Meydan TV və onun rəhbərliyi bu günə qədər təkcə ermənilərlə deyil, eyni zamanda Azərbaycanın maraqlarına ziddi fəaliyyət göstərən ayrı-ayrı qruplarla da yaxınlıq edib. Qənimət Zahidin tərcümeyi-halında ayrı ən müxtəlif bir-birinə zidd olan dövlətlərlə və onların orqanları ilə əməkdaşlıq ənənəsi var. Bu aspektdən də onların ermənilərlə əməkdaşlığı qətiyyən təəccüblü deyil". Bunu SİA açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E. Mirzəbəyli bildirib ki, virtual aləmdə, media sektorunda Azərbaycandan yayımlanmayan, ölkəmizin əleyhinə kampaniya aparan qrupların fəaliyyəti narahatçılığa səbəb olsa da, burada əsas problem beynəlxalq təşkilatların hələ də virtual hüquq məsələsində birmənalı mövqe nümayiş etdirməməsidir: "Təəssüf ki, bu, təkcə Azərbaycan informasiya təhlükəsizliyinə deyil, bütövlükdə ayrı-ayrı fərdlərin, şəxslərin həyatına müdaxiləyə gətirib çıxarır. Şübhəsiz ki, Azərbaycan ictimai rəyində ermənilərdən və ölkəmizi sevməyən qüvvələrdən tərəfindən maliyyələşən insanlara olan münasibət bəllidir. Həmin insanlara satqın, öz dövlətini, millətini satan, hər hansı bir insanı dəyəri olmayan şəxslər kimi baxılır".

Siyasi şərhçi qeyd edib ki, əgər bir şəxs və ya blogger ermənilərin təbliğatını aparır, onlarla əməkdaşlıq edirsə, bu artıq onların hansı mənəvi dəyərlərə sahib olduqlarının göstəricisidir: "Hüququ baxıma gəlincə, onların fəaliyyət göstərdikləri ölkələrə müraciət etmək olar. Çünki, onların yayımladıqları materiallar insan hüquq və azadlıqlarına zidd, ən müxtəlif şəxslərə qarşı əsassız ittihamlar var. Bu aspektdən həmin şəxslərlə hüquq müstəvisində mübarizə aparmağın düzgün olduğunu düşünürəm".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə