Azər Həsrət: “Özünə "Milli" deyən anti-milli ünsür Azərbaycana düşmən gözüylə baxır” MÜNASİBƏT

“Emin Millinin özünün şəxsiyyəti zatən bizə bəllidir. Mən buna təəccüb etmirəm”. Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib.

Onun sözlərinə görə, özünə "Milli" deyən anti-milli ünsür zatən Azərbaycana düşmən gözüylə baxır, hər fürsətdə dövlətimizi, xalqımızı gözdən salmaq üçün əlindən gələni edir: “İndi onun atmaqda olduğu addımlar da həmin qəbildəndir. Bu adam ruhunu şeytana satmış anti-milli ünsürdür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə