Yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini qəbul edilib

“ABŞ Senatı Rusiya, İran və Şimalı Koreyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sənədin lehinə senatorların böyük əksəriyyəti səs verib.

Qeyd edək ki, həftənin əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinin lehinə səs verib. 419 konqresmen qanun layihəsinin lehinə, 3 nəfər əleyhinə səs verib, 12 konqresmen isə bitərəf qalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə