Trampın müşaviri vəzifəsindən gedib

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq və milli təhlükəsizlik üzrə müşaviri Derek Harvi vəzifəsindən gedib. Report xəbər verir ki, milli təhlükəsizlik xidmətinin mətbuat katibi Maykl Enton da bunu təsdiq edib.

"Röyter" agentliyi bildirir ki, Harvinin vəzifəsindən getməsinə səbəb Ağ Evdə Suriya, İran və İraq məsələləri ilə bağlı yaranan fikir ayrılıqlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə