Erməni politoloqu hakimiyyəti və xalqı söydü

Karen Vardanyan: “Bu, o deməkdir ki, biz fahişəliklə məşğuluq”

Rusiyanın Azərbaycana silah satması məsələsi uzun müddətdir ki, Ermənistanın siyasi-ictimai, eyni zamanda hərbi dairələrinin müzakirə mövzusu olaraq qalmaqdadır. İşğalçı ölkənin mediasında ard-arda verilən açıqlama və müsahibələrdın də görünür ki, düşmən ölkə sözügedən amildən ciddi təlaş keçirir və son anda Rusiyanın onları dar ayaqda qoymasından ehtiyat edirlər. İrəli sürülən proqnozlardan və mülahizələrdən də aydın şəkildə görünür ki, bütün bunların arxasında ölkədə tüğyan edən cinayətkar oliqarxiya, korrupsiya, etinasızlıq və s. faktorlar dayanıb.

Lakin burada günahlandırılan yalnız Serj Sarkisyan rejimi deyil, eyni zamanda, xalqın bu məsələlərdə susqun qalması bəzi siyasi ekspertlərin qınaq hədəfinə çevrilib. Onlar hakimiyyətlə yanaşı, xalqı da pula satılmaqda ittiham edirlər.

“Sərhəddə dayanan xalqın oğullarını rus silahı ilə öldürürlər”

“Rusiyanın etdikləri sadəcə, şərəfsizlikdir, ancaq burada problem başqadır: biz müharibə vəziyyətində yaşayırıq və hansısa başqa ölkə bizim düşmənimizə silah satır, ictimai rəy isə bu məsələyə etinasız yanaşır, Rusiyaya qarşı isə ümumiyyətlə etinasızlıq göstərilir,ona görə ki, bu ölkə eyni zamanda əhalimizin ümid yeridir, yəni Rusiya bizi xilas mənbəyimizdir”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Birinci İnformasiya” (ru.1in.am) saytının rus dili versiyasına ölkəsinin İnformasiya texnologiyaları müəssisələri ittifaqının icraçı direktoru, politoloq Karen Vardanyan Rusiyanın Azərbaycana silah satması məsələsinə münasibətinin bildirərkən deyib. “Bu gün sərhədlərdə dayanan xalqın oğullarını məhz rus silahı ilə öldürürlər”-deyən Vardanyana görə, məhz bundan sonra da ermənilər xilası Rusiyada axtarırlar.

Politoloq hesab edir ki, ölkə rəhbərliyi də nə intellektual planında, nə emosianallıqda, nə də dəyərlər sistemində ümumi ictimai rəydən fərqlənmir. SİTAT: “Yəni bu, iki eyni kütlədir ki, onlar pul-paradan başqa heç nəyə sadiq deyillər”.

“Rusiya da özünəməxsus şəkildə fahişəliklə məşğuldur, yəni o da öz növbəsindəə müttəfiqini satır, biz isə ona qarşı qiyam etmirik”

Karen Vardanyan Ermənistann dövlət rəhbərliyinin, eləcə də separatçı “dqr” rejiminin Rusiyanın Azərbaycana silah satmasını dayandıracağı halda İsrail və Pakistanın bu işi davam etdirəcəyi ətrafında verdikləri bəyanatlarına da münasibətini açıqlayarkən bildirib ki, məhz bu fikirlərin özü hər şeyi tam çılpaqlığı ilə ortaya qoymuş olur. SİTAT: “Bu, elə o deməkdir ki, biz fahişəliklə məşğul oluruq və bütün mənalarda kimlərsə bizdən istifadə edəcək. Bu, insanların təsəvvürləri baxımından, dərinliklərə doğru yuvarlanmış ruh düşkünlüyünü sübuta yetirən bir vəziyyətdir, yəni yeganə fikri pul-para olan, hər şeyi pulla ölçən küçə adamı yanaşmasıdır. Belələrini ölkə, dövlət maraqları maraqlandırmır, onlar aşağılıq fərdlərdirlər. Rusiya da özünəməxsus şəkildə fahişəliklə məşğuldur, yəni o da öz növbəsindəə müttəfiqini satır, biz isə ona qarşı qiyam etmirik”

Jurnalistin Ermənistan hakimiyyətinin “dqr” rəhbərliyinə 350 min ABŞ dolları müqabilində avtomobillər göndərməsi məsələsinə gəlincə, Vardanyan əlavə edib ki, bənzər qərarları qəbul edən adamlar aşkar şəkildə nümayiş etdirirlər ki, onlar heç də dövlət xadimləri deyillər, pulu və şəxsi imiclərini hər şeydən üstün tutan adi məmurlardırlar. “Yəni bu adamlar heç bir dəyər sisteminə aid deyillər. Bu, korrupsiya deyil, sadəcə axmaqlıq və donuzluqdur”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə