İlham Məmmədov: “Demokratiyanın inkişafına ən böyük töhfəni məhz jurnalistlər verib” AÇIQLAMA

“İlk növbədə bütün jurnalistləri 22 iyul – Azərbaycan Milli Mətbuat günü münasibətilə təbrik edirəm. Cəmiyyətimizin formalaşmasında, insanlara müəyyən informasiyanın çatdırılmasında və informasiya üzərində cəmiyyətin inkişafı çox böyük qüvvədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, demokratiyanın inkişafına ən böyük töhfəni məhz jurnalistlər verib: “Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi varisi olaraq Azərbaycan dövlətinin inkişafının əsas modellərindən birinin demokratiya yolu olduğunu həmişə bəyan edib. Ölkə rəhbəri demokratiyanın inkişafı üçün hər zaman addımlar atıb. Bu addımların bir hissəsi də məhz jurnalistlərə onların peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər cür şəraitin yaradılmasıdır. Onların mənzillə təmin olunması isə artıq dünyada analoqu olmayan, sözün həqiqi mənasında qeyri-adi bir addımdır. Hesab edirəm ki, bir insan, vətəndaş olaraq cənab Prezidentin bu addımı həm də jurnalistlər tərəfindən yüksək qiymətləndirilməlidir. Jurnalistlər də ölkə başçısının gördüyü bu işlərə, ölkəmizin inkişafı naminə öz töhfələrini verməli və həqiqəti deməlidirlər. Həqiqət bizim cəmiyyətin inkişafı üçün hər birimizə lazım olan töhfədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə