Şon Spayser Ağ evdən niyə istefa verib?

Şon Spayser Ağ evin mətbuat katibi postundan istefa verib. Bu barədə iyulun 21-də The New York Times qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, Spayserin belə bir addım atmasına Prezident Donald Trampın maliyyəçi Entoni Skaramuççini Ağ ev aparatının kommunikasiya direktoru təyin etməsi səbəb olub.

ABŞ administrasiyasının bütün kütləvi informasiya-təbliğat siyasətini Ağ ev aparatının kommunikasiya direktoru kurasiya edir. Bu ilin mayınadək həmin postu əvvəllər Respublikaçılar Partiyasının nümayəndələrinə məsləhətlər və siyasi reklamlar sahəsində xidmətlər göstərən Crossroads Media kompaniyasına rəhbərlik etmiş Maykl Dubke tuturdu. Ona qədər isə həmin vəzifədə ABŞ Dövlət Departamentinin sabiq nümayəndəsi Cen Psaki işləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə