Elmar Məmmədyarov səfiri qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasındakı səfiri İmre Laslotskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

SİA-nın verdiyi məlumata görə, səfir İmre Laslotski diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə