Rusiya Ermənistanın dilini dəyişir

Ermənistan hakimiyyətinin Avropa Birliyi, NATO həmləsinə Moskvadan cavab gecikmədi. Artıq Kreml İrəvanın şantaj xarakterli siyasətinə reaksiya verməyə başlayıb və cavab tədbirləri kifayyət qədər sərt şəkildə həyata keçirilməkdədir. Moskvanın Sarkisyandan bu dəfə ki tələbi rus dilinə Ermənistanda rəsmi olaraq yüksək statusun verilməsidir.

Rus dili işğalçı ölkədə başlanğıcda ikinci, gələcəkdə isə əsas dil kimi istifadə edilməlidir. Kremldən yeni istəklə bağlı İrəvana rəsmi şəkildə məlumat da verilib. Erməni KİV-nin yaydığı məlmata görə, Rusiyanın Dövlət Dummasının sədri Vyaçeslav Volodin Ermənistana səfəri zamanı çatdırmalı olan mesajı ünvanına yetirib. Guya bununla Rusiyada avtomobil sürən ermənilərin sürücülük vəsiqəsi tanınacaq.

Erməni siyasi analitiklərin fikrincə, Moskvanın təzyiqləri gözlənilən idi. Sarksiyanın Brüsselə səfəri, NATO tərkibində Amerika bazasının yaradılması, bundan əlavə hərbi xuntanın dəstəyi ilə Rusiya əleyhinə aparılan siyasi kompanyalar son nəticədə qarşı tərəfin daha ağır cavab həmləsinə zəmin hazırladı. Sarkisyan hazırda dilemma qarşısında qalıb. Rusiyanın tələbi kifayət qədər ağırdır və ermənilərin bir millət kimi məhv olması anlamına gəlir. Rusiya bununla sübt etmək istəyir ki, Ermənistanın əsas sahibi kimdir. Kremlin istəyinin geri çevriləcəyi tədqirdə isə ölkəni hansı təhlükələr gözlədiyini sadalamağa elə də ehtiyac qalmır.

Hazırda Moskvanın rus dili istəyinə İrəvanda aqressiya ilə yanaşırlar. İşğalçı rejimin rəhəri isə susmağa üstünlük verib. Digər diqqət çəkən məqamlardan biri də Ermənistanda rus məktəblərinin sayının azlığıdır. Sözssüz, Kremildə bu fakt xüsusi düşünülüb və irəli sürüən şərt İrəvanın konkret bir zərbə ilə vurulması deməkdir.

Arqumentlər arasında Azərbaycan amili də var. Daha dəqiq desək Moskvanın Bakıya silah satması reallığı. İrəvanda bundan narahatdırlar,Kremli avropa ilə şantaj etmək də bundan qaynaqlanıb. Lakin görünür Sarkisyan şıltaqlığına qarşı Rusiyanın erməni dilinin Ermənistanda silinməsini istəyəcəyinin hesablamayıb. Hazırda ictimai qınaq qarşısında qalan İrəvandakı hərbi xunta tamami ilə çaş-baş vəziyyətdədir. Düzdür, təkilf İrəvanda şok effekti yaratdığından sərt reaksiyalar var. Amma Moskvanın əlində oyuncağa çevrilən Sarkisyanın Rusiya ya etiraz edəcəyi mümkünsüzdür. Odur ki, Kremldə gözləmə mövqeyi seçilib. Birmənalı şəkidə deyə bilərik ki, Sarkisyanın Avropa sevdası iflasda uğrayıb. Hər bir halda bu işğalçıya sahibindən gələn ilk zərbədir. Moskva başlanğıcda hədəfi tam vurub.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə