Musa Qasımlı: “Səfər əməkdaşlığın inkişafında yeni səhifə açacaq” AÇIQLAMA

"Cənab Prezidentimiz İlham Əliyevin Latviyaya səfəri dövlətimizin bu region ölkələri ilə münasibətlərinin inkişafına verdiyi xüsusi diqqətin nümunəsidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin böyük potensialı və perspektivləri vardır: “Hesab edirəm ki, bu səfər zamanı keçirilən müzakirələr, imzalanan sənədlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın inkişafında yeni səhifə açacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfər edib. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə