İƏT Pİ-nin baş katibi Alxanlı hadisəsi ilə bağlı bəyanat verib

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç Fizuli rayonunun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, bəyanatda bu il iyulun 4-də Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri; 2 yaşlı qız Quliyeva Zəhra və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, habelə daha bir mülki vətəndaş Quliyeva Sərvinazın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri şiddətlə qınanılır.

Sənəddə İƏTPİ-nin Baş katibi qurbanların ailəsinə başsağlığı verir və qardaş Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.

Müəllif: Nailə Məhərrəmova
loading...