Milli Məclisin bir qrup deputatı Füzuli rayonunun Alxanlı kəndinə səfər edib. SİA-nın xəbərinə görə, deputatlar Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olduğu yerə baxış keçirib, kənd sakinləri ilə görüşüblər.

Milli Məclisin deputatları sonra Sahibə Allahverdiyevanın və Zəhra Quliyevanın qəbirlərini ziyarət edib, yas mərasiminə qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə