6 tondan çox meyvə hərbi hissəyə təhvil verilib

Naxçıvanda meyvə bağlarından toplanan məhsulların hərbi hissələrə təhvil verilməsi davam edir.

Naxcivantv.az verdiyi xəbərə görə, Şahbuz rayon İcra Hakimiyyətinin kollektivi meyvə bağlarından topladıqları 6 tondan artıq meyvəni rayon ərazisindəki hərbi hissəyə təhvil verib. Əsgərlərlə görüşdə Şahbuz Rayon İcra hakimiyyəti başçısının müavini Tural Quliyev bildirib ki, muxtar respublikada ümumqoşun ordunun maddi texniki bazası gücləndirilir. Əlamətdar və bayram günlərində ictimaiyyət nümayəndələrinin əsgərlərin yanında olması isə ordu ilə xalqın birliyinin bir təcəssümüdür. Hərbi hissənin zabiti Namiq İsgəndərov göstərilən diqqətə görə minnətdarlıq edib.

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə