Elxan Poluxov Etimadnaməsini Prezidentə təqdim edib

Azərbaycan Respublikasının Braziliya Federativ Republikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Elxan Poluxov Etimadnaməsini Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə təqdim edib.

SİA-nın verdiyi məlumata görə, Etimadnaməni təqdim etdikdən sonra, Səfri Elxan Poluxov Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin səmimi salamlarını Braziliya Prezidenti, cənab Mişel Temerə çatdıraraq Azərbaycan ilə Braziliya arasındakı yaxın dostluq münasibətləri müzakirə ediblər.

Mərasimin sonunda Səfir Elxan Poluxovla Braziliya Prezidenti Mişel Temer xatirə şəkili çəkdiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə