Prezident “Naməlum əsgər” abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib.

Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev "Əbədi məşəl"in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə