Ölüb qalmalı yerdi,
Tehranın küçələri.
Gündüzündən gözəldir,
Ulduzlu gecələri.

Qara çarşab altından,
Süzülür qara gözlər.
Heyif həsrət qalıbdır,
Günəşə, Aya üzlər.

Qızlarının dili yox,
Gözləridir danışan.
Qəlblərində atəş var,
Öz içində alışan.

Doğrudan da, gözəldir,
Tehranın gözəlləri.
Camalına töhfədir,
Şəhriyar qəzəlləri.

Heyif, qoca yaşımda,
Yolum Tehrana düşdü.
Ürəyimə damdı ki,
Bu görüş son görüşdü.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə