Mənəvi vüqarlı Mehriban xanım!


Aidə xanımdan xalqa ərməğan
Adı el-obanı dilində dastan,
Sevimli Şərəfli, Şöhrətli İnsan,
Mənəvi vüqarlı Mehriban xanım!

Hökmü qətiyyətli, qərarı qəti,
Qəlbində cəmlənib xalqın qüdrəti,
Başında ucalıq, kişi qeyrəti,
Mənəvi vüqarlı Mehriban xanım!

Sən zamanla bu gün ayaqlaşırsan,
Cəbhədə əsgər tək hey vuruşursan
Xalqın xoş günüyçün çox çalışırsan,
Mənəvi vüqarlı Mehriban xanım!

Səni hifz eyləsin Ulu Yaradan,
Daima qorusun xata-bəladan,
Xoş sədalar gəlsin eldən-obadan,
Mənəvi vüqarlı Mehriban xanım!


ADPU-nun sabiq pedaqoqu,
Mürsəlova Ofeliya Mürsəl qızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...