İlham çeşməm ayna kimi durula,

Başım üstə şahlıq taxtı qurula,

Bütün qızlar mən şairə vurula,

Tövbə, bu dünyaya gəlməyə tövbə.

Torpaq məndən istəmədi yer haqqın,

Gün istisin, Ay verdiyi nur haqqın,

Mən ölüdən istədilər gor haqqın,

Tövbə, bu dünyaya gəlməyə tövbə.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...