Səni qınamıram Fuad Əliyevdən şeirlər silsiləsi

Səni qınamıram düzsən, haqlısan,

Mən sənin nəyinə gərəyəm axı.

Daha incimirəm namə yazmasan,

Mən sənə yamağam pinəyəm axı,

Mən sənin nəyinə lazımam axı.

...

Baxma gözlərimə, baxma yanarsan,

Axan göz yaşımda sən bogularsan.

Bağla pəncərəni birdən donarsan,

Sənə doğru əsən küləyəm axı,

Mən sənin nəyinə lazımam axı.

...

Mən ürəyi eşqlə biriyəm,

Sənin aşiqinəm, sənə dəliyəm.

Bəlkə də mən sənə layiq deyiləm,

Sən şahsan mən isə köləyəm axı,

Mən sənin nəyinə lazımam axı

Peşman olmazsan

Gün gələr çox şeyə peşman olarsan ,

Fikirdən az qala dəli olarsan.

Dərdinlə böyüyüb şair olarsan,

Amma onu sevməyə peşman olmazsan.

...

Gözlərim hər şeyi söyləyir mənə,

O gözəl günlərim dönsə geriyə.

Qəlbimdə sözləri deyərdim sənə,

Səni görməyimə peşman olmazdım.

...

Zehnimdən arzular birdən də sönür,

Xaricində gülür, daxilim ölür.

Təkliyin hər şeyi çox yaxşı görür,

Səni bir də görsəydim, heç pis olmazdım.

...

Ruhum bədənimi birdən tərk edir,

Nəfəsim təngişir, huşum da gedir.

Xəstəlik ömrümə bəla gətirir,

Sən məni sevsəydin heç pis olmazdı.

...

Saçının qoxusu hələ burnumda,

Gözlərinin rəngi hələ ağlımda.

Dərdimin dərmanı hələ səndədir,

Şəfamı qaytarsan, heç pis olmazdı.

...

Sənsizlik yığıbdır məni boğaza,

Həvəsim qalmıyıb daha həyata.

Ümüdim qalıbdır yalnız ölümə,

Əcəlim sən olsan heç pis olmazdı.

...

Fikirdən ağlımda-ağıl qalmayıb,

Cibimdə bir qəpik pulum qalmıyıb.

Dostlardan biri də yada salmayib,

Sən yada salsaydın, heç pis olmazdı.

Gözəllərdən gözəlsən yar

Sən elə mənim içimdəsən yar,

Ürəyimdə olan qəfəsdəsən yar.

Hər gəlib-gedilən nəfəsdəsən yar,

Yazdığım qəzəllər sənədir ey yar.

...

Sözlərimdən bezərsən sən,

Çevirib üz gedərsən sən.

Dünyadan bəs köçərsəm mən,

Məzarına gələrsən sən?

...

Sevgidə, əzəldəsən sən,

Gunəşlərdən özəlsən sən.

Şeiriyyatsan, qəzəlsən sən,

Gözəllərdən gözəlsən sən.

Fuad Əliyev

Dillər Univeristetinin 2-ci kurs tələbəsi

Bütün xəbərlər Facebook səhifəmizdə