Qayınatam Şahbazın 6 qızı olubdur

Anam məndən yeddi oğul istədi,
Görəmmədi bircəsinin nübarın.
Gah gəlini, gah anasın pislədi,
Qız nəvələr ovutmadı qubarın.

Əsgərliyə gedən oğlum olmadı,
Hər cavanı öz övladım mən sandım.
Bəy paltarı geyən oğlum olmadı,
Qız toyunda oynamaqdan usandım.

Sonsuz Şahbaz kənddə oldu ləqəbim,
İncimədim mən bir kəsin dilindən.
Bulaq üstə su gətirdim məclisə,
Qız-gəlinlər içmədilər əlimdən.

Mən qızlarsız bir səfərə çıxmadım,
Qorxdum uçar saçlarından bir tükü.
Şimşək olub boş-boşuna çaxmadım,
Şərəf ilə mən daşıdım qız yükü.

İndi ruhun dinclik tapsın, ay ana,
Cəbhədədir, döyüşdədir, nəvələr.
Sonsuz sözü daha düşüb it-bata,
Ləqəbin də olub Şahbaz bəxtəvər.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...