Əgər əzizinin qatilindən sən,
İntiqam almasan vaxtında əgər.
Ən yaxın həmdəmin deməzdi əhsən,
Ayların-illərin ağrılı keçər.

Adın bədnamlığa yozular sənin,
El-oban, millətin səni qınardı.
Qatilə tükənməz nifrətin-kinin,
Qəlbində kükrərdi, qalaqlanardı.

Düyünü çoxalan amansız nifrət,
Əsəb tellərini qıdıqlayardı.
Qınına sığmayan o kin-küdurət,
Duyğu tellərinə qiyam yayardı.

Hisslər kütləşərdi, solğunlaşardı,
Səndən gen düşərdi Yaradan əli.
Cismin tənha qalar, ağlın uçardı,
Olardın ağıldan məhrum bir dəli.

Kibrit çəksən petrolsuz da alışan,
Təpədən-dırnağa səbir, dözüməm.
Sərsəmliyi dəf etməyə çalışan,
Həm qatili bağışlayan özüməm.

Səngiməmiş, əsla, mənhus niyyəti,
Formulası «dişi iblis» biçimdə.
O, yumşaldır etdiyi cinayəti,
Qatil həm də gizlənməkdə içimdə.

12.11.2019
VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə