Gözləri tavandan asılı qalar,
Hər sözdən ürəyi boşalar, dolar.
Gündüzlə gecənin yerin səhv salar,
Təkliklə çarpışar tənha qadınlar.
Qorxar ürəyini aça bir kəsə,
İstəməz sirrini bilə bir kimsə.
İsmətin qoruyar, o girməz bəhsə,
Təkliklə çarpışar tənha qadınlar.
Odlu bir baxışdan qəlbi su içər,
Könlündən min istək, min arzu keçər.
Yuxuda hər axşam o gəlin köçər,
Təkliklə çarpışar tənha qadmlar.
Xəyalı dolanar ötən illərdə,
Axtarar bəxtini axan sellərdə.
Dünyaya təzədən gəlsələr bir də,
Təkliklə çarpışar tənha qadınlar.

Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə