Ramiq Muxtar,
Prezident təqaüdçüsü, "Şərəf" ordenli,
Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı
Hər sözünün nöqtəsində min hiylə,
Vergülü də, oraq təkin biçəndi.
Desələr ki, dədən dura, dirilə
Rütbə üçün dədəsindən keçəndi.
Bulud keçər, ürəyinə xal düşər,
Məzlum gördü canavar tək girişər,
Bərkə salsan cücə kimi büzüşər,
Torun atdı, yola düşüb gedəndi.
Yoxa çıxıb adamının adamı,
Vaxt var idi heç almırdı salamı,
Hər niyyəti, hər istəyi, hər kamı,
Qanqal olub ürəklərdə bitəndi.
Zəlzələnin mərkəzidir stolu,
Canı-gözü möhürüdür, bir qolu,
Yarpaq təkin səpələnir sağ-solu,
Bu gün-sabah cəzasına yetəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə