Ramiq Muxtar,

Prezident təqaüdçüsü,

"Şərəf" ordenli

Günü-gündən çoxalır bu qorxulu xəstəlik,

Tək pul ilə qurtarmır, can istəyir üstəlik.

Adi salama dönüb indi artıq rüşvət,

İkinci soyadı da şirin pay, kiçik hörmət.

Alanın üzü qara, gətirən üz ağ olur,

Bu ikili görüşdə kef-damaqlar çağ olur.

Tülküvari gülüşdən işıq gəlir gözlərə,

Əl yeri də qoyulmur haçalanan sözlərə.

Ehtiram əlaməti, badələr qalxır göyə,

Alan imkan verməyir pul gətirən söz deyə.

Yeddi kərə getdiyi ziyarətdən danışır,

Məkkədən, Mədinədən, ibadətdən danışır.

Gözəlçəsi Laladan, məhəbbətdən danışır,

Fərari övladından, şücaətdən danışır.

Heç dilinə gətirmir Qarabağ boyda dərdi,

Sözünün baş-ayağı, puldu, vardı-dövlətdi.

Bilmir harada qalıb ata-ana məzarı,

Rüşvət qripidi bu bədbəxtin azarı.

Bütün xəbərlər Facebook səhifəmizdə