Yalançı dindar, onun tülküsayaq Həcc ziyarəti və açdığı iftar süfrəsindən sonrakı dünyəvi kef məclisi

Yumoresko

On-on beş cücəni torbaya salıb,
Bakıda bir xeyli dincimi alıb,
Xeyirxah işlərə açaram ayaq,
Həccə də gedərəm tülkülərsayaq.
Öpüb təkrar-təkrar qara daşı mən,
İnləyib tökərəm pak göz yaşı mən.
Şəkk etsən azacıq sən təlaşıma,
Meteorit yağar göydən başıma.
Gözünə dəysəm də ağzıdualı,
Məni tanıyırlar dəli misalı.
Yalandan deyirəm "müslüm arabam",
Əslində, adi bir başıxarabam.
İşdir, aradabir oruc tutanda,
Konyak gillədirəm, o biri yanda.
Allahu-əkbərlə fikrə dalıram.
Bir-iki rükət də namaz qılıram.
Sonra təntənəylə bara keçirəm,
Araq gillədirəm, viski içirəm.
Dini məclislərdə xeyli naşıyam,
Çoxu elə bilir mollabaşıyam.
Darvazam önündə nəzir qutusu,
Ərəbcə oxuyur üstə tutusu.
Təpədən-dırnağa nəzir içində.
Sonra arvad-uşaq gəzir içində.
Həyətdə yekə bir pir də tikmişəm,
Qonşu arvadlara göz də dikmişəm.
Arvad-uşaqdan ki, uzaqlaşıram,
Pirdə qız-gəlinlə mazaqlaşıram.
Spirtlə əridib qəlbdə dağları,
Yeyirəm ləzzətlə dil-dodaqları.
Gözümdən axıdıb yaş damla-damla,
İftarı açıram haqqu-salamla.
Adın şərəflidir ey qonşu qadın!
Göz vurdum, böyrümə dərhal uzandın.
Bilirəm, heybətli qısqanc ərin var,
Neyləyim, yeməli məmələrin var.
Bəladı başıma zina tamahım,
Məni qəhr edəcək mənhus günaşım.
Meyil, həvəs varsa kimin canında,
İçib dəmlənəcək xoruz banında.
İftardan sonra da məclis qururam,
Çoxlu mələklər də mən uçururam.
Yeyirik-içirik səhərə kimi,
Mələk qışqırdıran xam fərə kimi.
Bu iftar süfrəsi, buyur, iftar aç!
Sonra mələklərin arxasınca qaç!
Viski süfrəsidi iftardan sonra,
Ye qız məmələri kaftardan sonra.
Böyüdüb yüzlərlə cücələri mən,
Ləzzətlə yeyirəm beçələri mən.
Bu başqa-o başqa, deyim əlbəəl,
Bu da çox gözəldi, o da çox gözəl.
İftarda axirət, din kəlməlri,
Dünyəvi məclisin viskidi yeri.
Birində olanlar ağzı duyalı,
O biri çevirər içkiyə valı.
Birində içilən şirin şərbətdi,
O birində sümür şampan, fürsətdi!
Birində söhbətdən fırlanar başın,
O birində oynar gözlərin-qaşın.
İnşallah, gənclikdə min ləzzət allam,
Ahıl yaşlarımda haqqa ucallam.
Gördüyüm işlərə amin deyərəm,
Güzgüdə əksimə meymun deyərəm.
Yarəb, qoru bizi bədxah gözlərdən,
Heç vaxt əsirgəmə ruzi bizlərdən.

VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə