«Əslini çox dandın» söydülər onu,
Nəsli şəcərəsi «Turana çıxdı».
Özünün sivriuc, şişman burnunu,
«İncil»dən çıxarıb, «Quran»a soxdu.

Dedi: «Aliməqam bu lələşin də,»
Guya ayələrin sinədəftəri.
Bir yarışda gördüm, söz güləşində
O, yda bilmədi Mola Səftəri.

Qəvvas tək cumsa da Sirtuş gölünə,
«Tövrat»da, Davudda bir şey tapmadı,
Üz tutdu naəlac ABŞ elinə,
Viskidən daha tünd saf mey tapmadı.

Yüz atıb, zirvədə gördü özünü,
Orda zər-zibaya, tülə bələndi.
Qəsdən qurdaladı irfan közünü,
Nura qovuşmadı, külə bələndi.

Kim mədimazar tək, lap bircə kərə
Haqqı tapdamağa etsə cəsarət.
Allah gözlərini zilləyib Yerə,
Zenit nöqtəsindən edir nəzarət…

Bu fani dünyada yerini tanı,
Qafil, az xumarlan sübh azanında…
Az Xəyyam meyində azdır gümanı,
Get biş cəhənnəmin «Qır qazan»ında.

Batdı dərd-ələmə kədəri var tək,
Dedi: «Tök başımdan ruzimi, xaliq!»
Yatdı künc-bucaqda avaralar tək,
Ondan nə ət çıxdı, nə kütüm balıq.»


VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə